16 
Okt
2019
12:04
121
27
1833
Virtual karabakh

SOCAR: Neft Daşlarında 570 aktiv quyu mövcuddur

16 Okt, 2019
12:04
1833

SOCAR: Neft Daşlarında 570 aktiv quyu mövcuddur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Neft Daşları yatağında 570 aktiv quyu mövcuddur.

Trend-in məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O qeyd edib ki, bu gün yatağın ərazisinin 340 kilometri istifadə olunur və burada 58 fəal sahə, 14 produktiv üfüq var.

Y.Lətifovun sözlərinə görə, Neft Daşlarının istismar tarixində 175 milyon ton neft istehsal olunub və indi bərpa 50 faizə bərabərdir:

“10 milyon ton həcmində ehtiyatlar qalır. Geoloji ehtiyatlar da 10 milyon ton təşkil edir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri