17 
Okt
2019
12:37
30
41
1826
Virtual karabakh

Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti beynəlxalq toplantıda

17 Okt, 2019
12:37
1826

Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti beynəlxalq toplantıda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İstanbulda Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında iştirak edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti 8-11 oktyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının  (IADI) illik toplantısında və İADİ-yın Avrasiya və Asiya – Sakit Okean Regional Komitələrinin iclaslarında iştirak edib.

80 yaxın ölkənin əmanətlərin sığortalanması fondlarının nümayəndələrinin qatıldığı tədbirdə bu sahədə aparılan islahatlar, iqtisadi böhran və böhrandan sonrakı dövrlərdə əmanətlərin sığortalanması və bank sisteminin zəif banklardan təmizlənməsi, bankların ləğv prosesi, İADİ-yın 2020-cü il üçün planları və büdcəsi müzakirə edililb.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Rusiya, Qazaxstan, Ukrayna, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə müzakirə aparıb və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri