Noy
2019
11:23
78
212
23665
Virtual karabakh

Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

4 Noy, 2019
11:23
23665

Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz populizmi və populist tələbləri real ehtiyaclardan ayıran imkanlara malik olmalıyıq.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumları ilə vahid komanda halında işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək.

M.Cabbarov vergi sahəsində aparılan islahatlardan da danışıb. Nazir bildirib ki, vergi sahəsində aparılan islahatlar müsbət nəticələr verib.

M.Cabbarov bununla belə, nöqsanların olduğuna da diqqət çəkib:

“Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda isə gözləntilər hələ də özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq”, - deyə M.Cabbarov bir daha sahibkarlara, iş adamlarına dostluq təklif etdiyini xatırladıb:

“Dostluq bir çox hissiyyatlardan fərqli olaraq, birtərəfli ola bilmir. Dostluq hər zaman ikitərəfli yoldur. Çünki sən dost dedikdə, həm güvənirsən, həm də insana güvən üçün hüquq verirsən, bu hüququ onun üzərinə ötürürsən. Birmənalı şəkildə inanıram ki, Azərbaycanda sahibkarlıq, iqtisadi fəaliyyətin subyektləri böyük bir yol keçib. Bu yolda çətinliklər olacaqmı, bu yolu birlikdə necə keçəcəyik?

Bu, hər iki tərəfdən, öz üzərində, gündəlik işlərində, yanaşmalarında müəyyən yeniliklər tələb edir. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri