Noy
2019
16:29
154
72
2540
Virtual karabakh

SOCAR “Neft daşları”nda 50-60 quyunun qazılmasını planlaşdırır

5 Noy, 2019
16:29
2540

SOCAR “Neft daşları”nda 50-60 quyunun qazılmasını planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdakı illərdə “Neft daşları”nda 50-60 civarında quyu qazılması planlaşdırılır.

Report xəbər verir ki, bu barədə “Neft Daşları”na təşkil olunmuş mediaturda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Neft daşları”nda beş meydança-özülün inşası nəzərdə tutulub:

“Neft Daşları” Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz “Neft Daşları”ndan ötürülür.

Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.

“Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri