Noy
2019
12:04
279
16
4060
Virtual karabakh

Çindən gəlib Bakı-Tbilisi-Qars dəmiryolundan keçən yük qatarı Avropaya getdi - VİDEO

7 Noy, 2019
12:04
4060

Çindən gəlib Bakı-Tbilisi-Qars dəmiryolundan keçən yük qatarı Avropaya getdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çindən yola çıxıb Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə, oradan isə fasiləsiz olaraq Marmaray xətti ilə Avropaya gedəcək ilk yük qatarı Marmaraydan keçib. 

“Haber Global”ın məlumatına görə, Çinin Şian şəhərindən yola çıxan “China Railway Express” (Çin Dəmiryolu Ekspresi) Ankarada rəsmilər tərəfindən yola salınandan sonra Marmaray xəttindən keçib.

“Ayrılıq Çeşməsi” dayancağına gələn qatar Üsküdar, Sirkəci, Yenikapı və Kazlıçeşmə dayanacaqlarından keçərək Zeytunburnuna çatıb. Uzunluğu 820 metr olan 42 konteynerdən ibarət yüklə dolu vaqonla hərəkət edən qatar Avropaya çataraq, tarixə keçib. 

Bundan başqa, konteynerlərin Avropa qitəsinə keçidi iki hissə halında həyata keçirilib. Konteynerlərlə yüklənən 21 vaqonu Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryollarına aid bir lokomotiv, qalan qismi isə Çindən gələn lokomotiv tərəfindən danışıb. 

Çindən Avropaya fasiləsiz gedən ilk yük qatarı iki qitə, 10 ölkə, iki dənizi keçərək, 11483 kilometrlik yolu 12 gündə qət edəcək və son dayanacağı Praqa olacaq. 

Yükün Bakı-Tbilisi-Qars xətti və Marmaraydan istifadə ilə daşınması digər koridorlara görə zaman və enerji baxından daha sərfəlidir. 

Türkiyədə Ahılkelek, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir, Kocaeli və istanbuldan keçən qatar Ədirnənin “Kapıkule” bölgəsindən çıxış edərək, Bolqarıstan üzərindən yoluna davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri