Noy
2019
12:23
614
93
2187
Virtual karabakh

SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

7 Noy, 2019
12:23
2187

SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neft Daşları”nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz “Instagram” səhifəsində neftçiləri təbrik edib

Oxu.Az xəbər verir ki, SOCAR “Facebook”dakı rəsmi səhifəsində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb:

“Azərbaycan neftçiləri adından Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinə, hörmətli Prezidentimiz İlham Əliyevə bizim əməyimizə daim göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik.

Sizə dərin hörmət və böyük etimad bəsləyən Azərbaycan neftçiləri ölkəmizin rifahı və müasir dünyadakı mövqeyinin daha da gücləndirilməsi naminə öhdəmizə düşən işi layiqincə yerinə yetirəcəyimizə söz veririk!”

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri