12 
Noy
2019
13:57
252
35
4256
Virtual karabakh

Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi

12 Noy, 2019
13:57
4256

Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2020-ci ilin dövlət büdcəsi, makroiqtisadi göstəricilər nəzərə alınmaqla, müsbətdir. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib. 

O bidirib ki, yeddi il müddətinə sənaye parkları vergidən azad edilib: 

“Amma baxırıq ki, İqtisadiyyat naziri daha üç il həmin sənaye parklarını vergidən azad etmək istəyir. Hesab edirəm ki, bu yeddi il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər”. 

Deputat qeyd edib ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır. 

V.Əhmədov bildirib ki, büdcə xərclərinə nəzarət gücləndirilməlidir. 

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub. 

“Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır”, - deyə V.Əhmədov əlavə edib. 

“Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri