16 
Noy
2019
08:14
63
17
5982
Virtual karabakh

Ən çox satılan smartfonların TOP 5-liyi

16 Noy, 2019
08:14
5982

Ən çox satılan smartfonların TOP 5-liyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“International Data Corporation” (IDC) analitik şirkəti tədqiqat apararaq III hesabat rübündə ən çox smartfon satan şirkətləri müəyyən edib.

Beləliklə, III rübdə ən çox smartfon satan liderlərin TOP-5-ni təqdim edirik.

1. “Samsung”

Cənubi Koreyanın smartfon istehsalçısı “Samsung” şirkəti 2019-cu ilin III kvartalında əvvəlki rübdə olduğu kimi, smartfonların dünya üzrə tədarükü üzrə lider olub.  Belə ki, o, “International Data Corporation” (IDC) analitik şirkətinin araşdırmalarına əsasən, illik ifadədə 8,3% çox, 78,2 milyon ədəd smartfon tədarük edib.

Smartfon bazarında “Samsung”un payı bir il əvvəlki 20,3%-dən 21,8% - ə qədər artıb.

2. “Huawei”

Təchizat həcminə görə ikinci yeri tutan Çinin “Huawei” şirkəti üç hesabat ayı ərzində 66,6 milyon smartfon (illik artım 28,2%) tədarük edib. Onun bazarda payı bir il əvvəlki14,6%-dən 18,6%-a yüksəlib.

Bir çox beynəlxalq bazarlarda problemlərə baxmayaraq, “Huawei” III rübdə Çində mövqeyini ikiqat artırıb. Araşdırmada deyilir ki, “Huawei”in problemlərindən A seriyasının tədarükünün həcmini artırmaqla ən çox “Samsung” qazanıb.

3. “Apple”

ABŞ-ın “Apple” korporasiyası dünya üzrə tədarük həcminə görə üçüncü yeri tutub. Belə ki, o, üç hesabat ayı ərzində 46,6 mln.smartfon (illik ifadədə 0,6% azalma) tədarük edib, bazarda onun payı ötən ilin 13,2%  səviyyəsindən 13%-ə qədər azalıb.

4. OPPO

OPPO şirkəti tədarükü illik ifadədə 4,1% artıraraq, 31,2 milyon smartfon satıb (bazarda payı bir il əvvəlki 8,4%-dən  8,7%-ə çatıb).

Araşdırmada qeyd olunur ki, 2019-cu ilin III rübündə smartfonların ümumi dünya üzrə tədarükü illik ifadədə 0,8% artaraq 358,3 milyon ədədə çatıb.

5. “Xiaomi”

“Xiaomi” şirkəti illik ifadədə tədarükü 3,3% olmaqla 32,7 milyon smartfona qədər azaldıb. Onun bazar payı bir il əvvəlki 9,5%-dən 9,1%-ə qədər azalıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri