30 
Noy
2019
15:07
565
76
3236
Virtual karabakh

TANAP Avropaya bağlanır - VİDEO

Trans Anadolu Qaz Boru Xəttinin (TANAP) Avropaya bağlanması Türkiyənin İpsala rayonunda təşkil olunan mərasimlə gerçəkləşdiriləcək.

Oxu.Az xəbər verir ki, rayonun Sarıcaəli kəndində yerləşən TANAP MS4 Ölçüm Stansiyasında başlayacaq mərasimə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qatılması gözlənilir.

Bundan başqa, mərasimə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz və əlaqədar ölkələrin energetika nazirləri qatılacaq.

Yeddi milyard dollar investisiya yatırılmış TANAP sabah Yunanıstan sərhədindəki Trans Adriatik Boru Xətti (TAP) vasitəsilə Avropaya bağlanacaq. Avropa qismindən isə TAP üzərindən qaz nəqlinə başlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri