Dek
2019
12:07
21
167
3525
Virtual karabakh

Ekspert: Dollara tələb artıb

4 Dek, 2019
12:07
3525

Ekspert: Dollara tələb artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə, satışı 1,3% azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. 

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat paylaıb. 

O qeyd edib ki, bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəlib:

“Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.

Bir barel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da belə hələ də neft ölkələri üçün məbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir.

Dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir. Növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Amma aydındır ki, uzun müddətli dövrdə manatım məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri