Dek
2019
11:19
29
40
1637
Virtual karabakh

SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib

6 Dek, 2019
11:19
1637

SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakının Qala qəsəbəsində yerləşən “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib.

Report xəbər verir ki, Mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA) layihəsi çərçivəsində qrant hesabına tikilib.

Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.

SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, bu mərkəz Xəzər regionunda yeganə mərkəzdir:

“Buradakı monitor vasitəsilə onlayn şəkildə SOCAR-ın digər müəssisələri ilə əlaqə yaradırıq. Bu müəssisələrdəki enerji səmərəliliyi barədə məlumatlar bu mərkəzdə toplanır”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri