Dek
2019
12:07
106
26
4710
Virtual karabakh

“NB Qrup” 15 illiyini qeyd edir - FOTO/VİDEO

9 Dek, 2019
12:07
4710

“NB Qrup” 15 illiyini qeyd edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik inkişaf edən şirkətdir.

Kimya Sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarımməhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir.

“NB Qrup”un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır.

Şirkət bütün fəaliyyətini beynəlxalq standartlar, keyfiyyətin təmin olunması, ətraf mühitin və ekologiyanın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik idarəetmə sisteminin tələblərinə uyğun qurub.

Müasir dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə, “NB Qrup” fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi”nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.

“NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri