Dek
2019
13:06
25
55
2504
Virtual karabakh

Arzulara daha yaxın!

9 Dek, 2019
13:06
2504

Arzulara daha yaxın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayramlar yaxınlaşdıqca, “Expressbank” müştərilərinin arzularına daha yaxın olması üçün müxtəlif kampaniyalar keçirdir!

Belə ki, 2019-cu ilin son iş gününə kimi davam edən kampaniya çərçivəsində nağd pul kreditləri endirimli faiz dərəcəsi – illik cəmi 16,5% təklif edilir. Amma müştərilərin sevinci bununla bitmir. Endirimli kampaniyadan yararlanmaq istəyənlər pul kreditini tək 12 aya deyil, hətta 24 və ya 36 ayadək rəsmiləşdirərək ödənişləri illik 16,5% ilə ödəyə bilərlər. 

Aşağı faizlə ayrılan nağd pul krediti üzrə 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə aylıq kredit ödənişlərini daha rahat nizamlamağa imkan verəcək. Bu da müştərilərə bir çox arzu və istəklərini köhnə ildə həyata keçirməyə və yeni ilə daha az qayğılarla keçməyə imkan verəcək!

Fürsətdən istifadə etmək üçün “Expressbank”ın istənilən filialına iş günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri Nəsimi və Əhmədli, Sumqayıt, və regionlarda yerləşən Gəncə, Mingəçevir və Bərdə filiallarına saat 10:00-dan 15:00-dək müraciət edə bilərlər.

Bundan əlavə https://www.expressbank.az/loans/cash-loans  saytından, filiala gəlmədən onlayn sifariş etmək də mümkündür.  

“Expressbank” kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Belə ki, müştərilər Expresspay ödəniş terminalları, mobil əlavə və ya www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri