11 
Dek
2019
16:24
43
83
2343
Virtual karabakh

SOCAR və BP əməkdaşlıq perspektivlərini müzakirə edib

11 Dek, 2019
16:24
2343

SOCAR və BP əməkdaşlıq perspektivlərini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan verilən məlumata görə, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub.

Həmçinin, yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri