13 
Dek
2019
11:40
58
14
3517
Virtual karabakh

Nadir metal qızılın dəyərindəki mütləq rekordu qırdı

13 Dek, 2019
11:40
3517

Nadir metal qızılın dəyərindəki mütləq rekordu qırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Palladiumun dəyəri il ərzində 54 faiz artaraq, qızılın dəyərindəki rekordu qırıb. Belə ki, dekabrın 12-də nadir metalın bir unsiyası 1912,35 dollar olub.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Bloomberg” xəbər yayıb.

Bilidirilir ki, onun qiyməti qızılın tarixən maksimum dəyərindən ilk dəfə yuxarı qalxıb.

Qızılın dəyərində mütləq rekord 2011-ci ildə qeydə alınıb - 1911,6 dollar.

Palladiumun qiymətində bu artım Cənubi Afrikada bir gün elektriksiz qalan mədənin müvəqqəti bağlanması ilə əlaqədardır.

Mütəxəssislər əmindir ki, metalın qiymət artımı davam edəcək. “Mitsubishi” Corp U.K.Plc-də qiymətli metallar üzrə mütəxəssis Conatan Batler 2020-ci ildə bir unsiya palladiumun dəyərinin iki min dollardan çox olacağını hesab edir.

Palladium - ən nadir elementlərdən biridir. Sənayedə hidrogenin təmizlənməsi üçün, həmçinin, çox sayda avadanlıqlar (televizorlar daxil olmaqla), elektronika, tibbi alətlər, protezlər və sair istehsalında istifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri