13 
Dek
2019
15:30
21
79
1994
Virtual karabakh

BSİ rəsmisi: Azərbaycan biznes sektorunda inamla addımlayır - FOTO

13 Dek, 2019
15:30
1994

BSİ rəsmisi: Azərbaycan biznes sektorunda inamla addımlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AQS Group” və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirilib.

Oxu.Az xəbər verir ki, təlimi İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri cənab Çarlz Korri aparıb.

O, seminar zamanı iştirakçılara İSO 9000 seriyasının beynəlxalq standartlarının əsas tələbləri haqqında ətraflı məlumatlar verilib.

Təlimin əsas məqsədi aktivlərin idarə edilməsi sisteminin yaradılması təlimatları və iş yerlərində işçilərin təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi şərtləri, eləcə də aktivlərin idarə edilməsi qaydalarının daha dərindən mənimsənilməsi idi.

Təlimdə çıxış edən Çarlz Korri İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PS 283 Texniki Komitəsinin layihə qrupunun, İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi olmaqla yanaşı, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiridir.

İlk dəfə 2016-cı ildə Azərbaycana gəldiyini deyən Ç.Korri bu illər ərzində ölkədə iqtisadiyyat sahəsində kifayət qədər irəliləyişlərin müşahidə olunduğunu deyib:

“Bu illər ərzində Azərbaycan çox dəyişilib. Xüsusilə Bakıda ucaldılan hündürmərtəbəli binalar məni yaxşı mənada təəccübləndirdi. Ölkədə tez-tez genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanı dünya ölkələri arasında irəli aparır. Sözsüz ki, bu müsbət haldır. Biz təlimlərdə beynəlxalq təcrübənin tətbiqi yolları barədə ətraflı məlumat verməklə, yerli şirkətlərin yeni standartlardan agah olmasına yardımçı oluruq. Çünki zaman keçdikcə mövcud standartlar dəyişir, yenilənir. Bu gün mənim ölkəmdə qüvvədə olan standartların 80%-i beynəlxalq standartlardır. Görünən odur ki, Azərbaycan da bu istiqamətdə addım atmalıdır”.

Britaniya Standartlar İnstitutu (BSİ) Azərbaycan üzrə rəsmi nümayəndəsi Səlim Səlimzadə bildirib ki, keçirilən master-klaslar müştərilərimiz olan yerli və xarici şirkətləri tətbiq edilən yeni standartlar barədə məlumatlandırır:

“Həmin standartlarla bağlı verdiyimiz məlumatlar şirkətlərə, dövlət qurumlarına, yeni standartları öz şirkətlərində tətbiq etməyə imkan verir. Bizim təlimlər sayəsində şirkət rəsmiləri yeni standartların hansı perspektivlər vəd edəcəyinə dair öncədən fikir formalaşdıra bilir. BSİ-nun Azərbaycan da daxil olmaqla dünyanın 100-dən çox ölkəsində nümayəndəliyi var.

Fəaliyyətdə olduğumuz yeddi il ərzində bir çox yeniliklərə imza atmışıq. İlk dəfə olaraq regionumuzda İSO 3900 “Yol hərəkətinin təhlükəsizliyi” standartını Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birində tətbiq edilib, sertifikatlaşdırılıb. Bundan başqa Azərbaycanda ilk dəfə olaraq Vergilər Nazirliyi, daha sonra isə Mərkəzi Bank İSO 27001 «İnformasiya təhlükəsizliyi” standartı əsasında sertifikatlaşdırmadan keçib. Biz müxtəlif - kənd təsərrüfatı, neft-qaz sektoru, telekommunikasiya, tikinti sahələrində çalışan şirkətlərlə işləyirik və gələcəkdə də əməkdaşlıqlarımızın davam edəcəyini düşünürük”.

AQS Group şirkətinin icraçı direktoru Azər Tağıyev isə ötən illərlə müqayisədə bu gün Azərbaycanın biznes sektorunda ekspert rəyinə müraciət edənlərin sayının artdığını deyib:

“Ümumiyyətlə biznes sektoru kifayət qədər aktiv və dəyişkəndir. Onu deyim ki, son vaxtlar şirkətlər öz maraqlarını ekspert rəyinə görə tənzimləməyə maraq göstərir. Bunun nəticəsidir ki, əvvəlki illərə baxanda son dövrlərdə sertifikatlaşdırma məsələsinə daha ciddi yanaşılmağa başlanılıb. Demək olar ki, biznes sektorunda artan dinamika müşahidə edilir.

İqtisadiyyatın əsas istiqamətlərindən biri ixracdır. Öz məhsullarını  xaricə ixrac edən şirkətlər beynəlxalq standartların tələblərini öyrənməyə və tətbiq etməyə maraq göstərirlər. Xarici ölkələrin isə Avropanın hətta Rusiyanın belə öz tələbləri var.

Əvvəllər şirkətlər bu məsələlərə qeyri-ciddi yanaşırdılar. Lakin son dövrlərdə biznes sektorunda artan rəqabət şirkətləri aktivləşməyə, beynəlxalq standartlara cavab verən təməl prinsiplərə yiyələnməyə vadar edib. Onu da qeyd edim ki, bu heç də asan deyil. Bu sertifikatlar dünya səviyyəsində tanınır və şirkətlərin işini daha da asanlaşdırır. 7 il ərzində sertifikasiyaya hazırladığımız şirkətlər arasında mənfi nəticə verən olmayıb”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri