14 
Dek
2019
12:30
169
56
1526
Virtual karabakh

Gürcüstanın Azərbaycana yeddi milyon dollara yaxın borcu var

14 Dek, 2019
12:30
1526

Gürcüstanın Azərbaycana yeddi milyon dollara yaxın borcu var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin dekabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 6,8 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, Gürcüstanın 5,39 milyard dollar məbləğində xarici dövlət borcu var. Bunun da 5,18 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin siyahısında birinci yerdə 312,5 milyon dollarla Almaniya dayanır. Üçlükdə sonrakı yerləri Fransa (229 milyon dollar) və Yaponiya (213,9 milyon dollar) tutur.

Gürcüstanın, həmçinin, Türkiyəyə 13,2 milyon, Rusiyaya 53,7 milyon dollar həcmində borcu var.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri