16 
Dek
2019
11:47
307
32
3107
Virtual karabakh

“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək

16 Dek, 2019
11:47
3107

“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Gəmiqayırma zavodunda növbəti tankerin tamamlanma işləri aparılır. 

Oxu.Az xəbər verir ki, bunu Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. 

Onun sözlərinə görə, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir:

“Sözügedən tanker “Kəlbəcər” adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.

M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri