27 
Dek
2019
11:04
27
113
1025
Virtual karabakh

Gürcüstan gələn il istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq

27 Dek, 2019
11:04
1025

Gürcüstan gələn il istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan 2020-ci ildə istehlak edəcəyi qazın 92,7 faizini Azərbaycandan alacaq.

“Business Georgia”nın yazdığına görə, Gürcüstanın İqtisadiyyat və İnkişaf naziri Natiya Turnava bildirib ki, hökumət gələn il üçün qaz tədarük planını təsdiqləyib.

Nazir bildirib ki, 2020-ci ildə ölkə üzrə 2,57 milyard kubmetr qaz istehlak olunacağı proqnozlaşdırılır. Bunun 2,39 milyard kubmetri, yəni 92,7 faizi Azərbaycandan alınacaq.

Eyni zamanda, Azərbaycan alınacaq qazın 1,51 milyard kubmetri SOCAR-dan, 873,8 milyon kubmetri isə “Şahdəniz” yatağından alınacaq.

Gürcüstan istehlak olunacaq qazın 6,6 faizini, yəni 169,9 milyon kubmetrini Rusiyadan alacaq. Yerli istehsal isə 17,9 milyon kubmetr olmaqla, 0,7 faiz göstərici əldə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri