27 
Dek
2019
17:28
60
263
15392
Virtual karabakh

Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR

27 Dek, 2019
17:28
15392

Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

İcbari tibbi sığortaya Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar-mart aylarında başlanacaq.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel-iyun aylarında start veriləcək.

Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında icbari tibbi sığorta tətbiq ediləcək.

Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr-dekabr aylarında tətbiq olunacaq.

Qeyd edək ki, qərar 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri