28 
Dek
2019
11:31
26
19
1585
Virtual karabakh

“Premium Bank” Mobil və İnternet Bankçılıq xidmətlərinin yenilənmiş versiyasını təqdim etdi

28 Dek, 2019
11:31
1585

“Premium Bank” Mobil və İnternet Bankçılıq xidmətlərinin yenilənmiş versiyasını təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə sürətlə inkişafda olan İnformasiya texnologiyalarının üstünlükləri, onların vermiş olduğu rahatlıq müştərilərin apardıqları bank əməliyyatlarında müsbət rol oynayır və maraq dairəsini genişləndirir. Müştəri məmnuniyyətinə böyük önəm verən və daim yeniliklərə inteqrasiya edən “Premium Bank” ASC fiziki şəxslərlərdən ibarət müştəriləri üçün mobil və internet bankçılıq xidmətlərinin daha geniş funksiya və istifadə imkanlarına malik olan yenilənmiş versiyasını təqdim etdi.

 “Premium Internet-Bankçılığı” müxtəlif xidmətlər göstərən, geniş siyahılı təchizatçıların ünvanına banka gəlmədən sərbəst ödənişlər etmək imkanı verən müasir elektron bank xidməti növüdür. Heç bir əlavə proqram təminatı quraşdırmadan istənilən komüterdən və ya telefondan internet şəbəkəsinə girişi həyata keçirməklə  istehlakçı bu imkanlardan yararlanır.

Mobil qurğu istifadəçiləri üçün isə Premium Mobile Bank tətbiqinin App Store/Play marketdən yüklənilməsi kifayət edir:

Premium internet bankçılıq digər üstünlükləri ilə də fərqlənir, daim genişlənən imkanlar siyahısına malikdir. İnternet-bank xidmətləri müştəriyə aşağıdakı imkanları açır:

  • Geniş informasiya imkanları - hesabların, əlaqədar bank xidmətlərinin vəziyyəti barədə məlumatlandırmaq;
  • maliyyə imkanları - geniş ödənişlər, köçürmələr, valyuta mübadiləsi və s. əhatə dairəsi

“Premium İnternet Bankçılığı”nın aşağıdakı üstünlükləri vardır:

  • vaxta qənaət;
  • istənilən anda hesablara  nəzarət;
  • hesab sahibinin şəxsi iştirakı olmadan ödənişlərin real vaxt rejimində (online) həyata keçirilməsi;
  • yeni, müasir, istifadəçi üçün rahat interfeys;
  • maliyyə məlumatlarının saxlanması və ötürülməsinin təhlükəsizliyinin təmin edilməsi.

Xidmətlər və əməliyyatlar:

  • Milli valyutada ödənişlər - Azərbaycan Respublikası ərazisində ödənişlər, Xarici valyutada ödənişlər - Ölkədən kənarda olan beynəlxalq ödənişlər
  • Konvertasiya - xarici valyutanın alqı-satqısı
  • Ödəniş şablonlarının yaradılma imkanı
  • Cari müştəri hesabları (balans, statusu, rekvizitlər) haqqında məlumatın alınması, yüklənməsi və mobil əlavədən çıxmadan sənədlə bölüşmək imkanı
  • Hesablardan çıxarışların alınması
  • Müştəri kartları haqqında məlumat
  • Valyuta məzənnələri haqqında məlumat
  • Cari və kart hesablarının idarə edilməsi
  • Avtomatik ödənişlərin yaradılması
  • Kartların bloklaşdırılması və blokdan çıxarılması;
  • “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
  • Veb brauzer vasitəsilə və ya iOS \ Android əməliyyat sistemləri üçün mobil tətbiq vasitəsilə sistemə giriş
  • İnternet və Mobil bankın interfeysından çıxmadan “Banka müraciət etmək imkanı” (Çat və ya müraciət bölməsində)

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri