28 
Dek
2019
13:29
82
57
1859
Virtual karabakh

“SOCAR Polymer” ixracını bir ildə 18 dəfədən çox artırıb

28 Dek, 2019
13:29
1859

“SOCAR Polymer” ixracını bir ildə 18 dəfədən çox artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-noyabr ayları ərzində “SOCAR Polymer” şirkətinin ixracı 72,2 mln ABŞ dolları təşkil edib.

Report-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,2 mln dollar və ya 18,95 dəfə çoxdur.

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib.

“SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub.

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilib.

“SOCAR Polimer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816 mln dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri