29 
Dek
2019
13:31
98
23
1576
Virtual karabakh

2020-ci ildə 785 km qaz kəməri təmir olunacaq

29 Dek, 2019
13:31
1576

2020-ci ildə 785 km qaz kəməri təmir olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə ölkə ərazisində 39 min fərdi ev qazlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qazlaşdırma məsələsi dövlət hesabına aparılır:

“Belə ki, 2020-ci ildə ölkə ərazisində 39 min fərdi ev qazlaşdırılacaq. Bildirmək istərdik ki, qazlaşdırma dövlət hesabına və tam təmənnasız aparılır. 2020-ci il üçün 785 km qaz kəmərinin təmir olunması da nəzərdə tutulub”.

R.Əliyev onu da əlavə edib ki, 2019-cu ildə 210 minə yaxın sayğac dəyişdirilib: 

“Cari il ərzində Azərbaycan Prezidentinin “Azəriqaz” İB-i qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə çatmışıq. Bu gün “Azəriqaz” İB-nin abonentlərinin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1484 sayğac dəyişdirilməsi nəzərdə tutulub”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri