Yan
2020
09:37
64
305
9613
Virtual karabakh

Azərbaycanda yaşayış minimumu 190 manat oldu

1 Yan, 2020
09:37
9613

Azərbaycanda yaşayış minimumu 190 manat oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlarda öz əksini tapıb.

Sənəddə qeyd edilən məsələlər bu gündən etibarən qüvvəyə minir.

Sənədə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Paralel olaraq isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri