Yan
2020
10:51
49
76
9229
Virtual karabakh

Bu gündən bu sahibkarlar əmlak vergisi ödəyəcək - RƏSMİ

1 Yan, 2020
10:51
9229

Bu gündən bu sahibkarlar əmlak vergisi ödəyəcək - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən və bu gündən qüvvəyə minən yeni dəyişikliklərdə öz əksini tapıb. 

Dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manatdan artıq olarsa, həmin müəssisə, ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.

Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri bir milyon manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Qeyd edək ki, bu günə qədər tətbiq edilən qaydalara əsasən, mikrosahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad idi.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri