Yan
2020
12:14
13
81
3147
Virtual karabakh

SOCAR “Azeri Light”ın ötənilki orta qiymətini açıqlayıb

8 Yan, 2020
12:14
3147

SOCAR “Azeri Light”ın ötənilki orta qiymətini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın əsas xam neft brendi olan “Azeri Light” markalı neftin bir barreli 2019-cu ildə çatdırılma nöqtəsində (CIF) ortalama 66,79 dollara satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, ötən il dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə, “Azeri Light” nefti də, həmçinin keçən ildə 2018-cu illə müqayisədə təxminən 9 faiz aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə “Azeri Light”ın orta satış qiyməti 73,3 dollar/barrel təşkil edib.

2019-cu ildə “Azeri Light”ın qiymətinin pik həddi aprel ayında 77,23 dollar/barrel səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvarda 56,34 dollar/barrel olub.

Hazırda “Azeri Light” neftinin bir barrelinin qiyməti 70 dollardan yuxarıdır. Neftin qiyməti dünya bazarlarının tələb-təklif dinamikasından və alıcıların gözləntilərindən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə “Azer Light” neftinin qiyməti də dəyişir. “Azeri Light” yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə, adətən “Brent” markalı neftə nisbətən premiya ilə satılır və hazırda “Brent”dən təxminən 2,25 dollar/barrel bahadır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri