10 
Yan
2020
14:49
29
109
11521
Virtual karabakh

İki qurum avtomobillərini satışa çıxarır - QİYMƏTLƏR

10 Yan, 2020
14:49
11521

İki qurum avtomobillərini satışa çıxarır - QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 11-də avtomobillərin hərracda satışı təşkil ediləcək.

Oxu.Az-ın məlumatına görə, “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin iki avtomobili satışa çıxarılacaq.

Qurumun 1996-cı il buraxılışlı “Daewoo Espero” avtomobilinin ilkin qiyməti 1500 manata təklif olunacaq.

Zavodun 2000-ci il buraxılışlı “Daewoo Super Salon” avtomobilinin start qiyməti 2000 manat olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan, 2006-cı il buraxılışlı “Nissan Maxima” avtomobilinin isə ilkin qiyməti 10 min manata təklif ediləcək.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.  

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri