13 
Yan
2020
10:08
40
100
2763
Virtual karabakh

“SOCAR Petroleum” CNG satışını 8,5 dəfə artırıb

13 Yan, 2020
10:08
2763

“SOCAR Petroleum” CNG satışını 8,5 dəfə artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

QSC-dən Report-a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə, CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb.

Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının satışı həyata keçirilir və əlavə olaraq doqquz YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri