14 
Yan
2020
17:11
317
27
2376
Virtual karabakh

Belarus Azərbaycandan neft almağı təklif edib

14 Yan, 2020
17:11
2376

Belarus Azərbaycandan neft almağı təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrdən neft almağı təklif edib.

Bu barədə TASS xəbər yayıb.

Baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.

O, ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra Belarusun Azərbaycan, Ukraynaya, Qazaxıstana, Polşaya və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərdiyini açıqlayıb.

“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları araşdırır. Biz müvafiq kommersiya təklifləri göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti, demək olar ki, hər gün bununla bağlı danışıqlar aparır. Hesab edirəm ki, tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri