16 
Yan
2020
12:57
82
28
1697
Virtual karabakh

Nazir: Nəzarət-kassa aparatlarının quraşdırılması ictimai nəzarəti gücləndirəcək

Hazırda nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin ən mühüm mərhələsi başa çatmaq üzrədir. 

Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. 

M.Cabbarov bildirib ki, yaxın zamanlarda 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi əlavə dəyər vergisinin (ƏDV) məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesinə də başlanılacaq:

“Bu, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri- rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri