16 
Yan
2020
12:54
18
66
6497
Virtual karabakh

“Azneft”də yeni TƏYİNATLAR

16 Yan, 2020
12:54
6497

“Azneft”də yeni TƏYİNATLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.

Oxu.Az-ın məlumatına görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov Birliyinin Baş direktoru təyin olunub.

İB-nin sabiq direktoru Daşqın İskəndərov isə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri