23 
Yan
2020
10:53
17
50
1303
Virtual karabakh

Azərbaycanın mobil identiteti - “Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi

Dünya İqtisadi Forumu (DİF) - DİF-in bir hissəsi sayılan layihə çərçivəsində “Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları” adlı analitik hesabatı yayımlayıb.

Azərbaycan mobil identitetinin nümunəsi sayılan “Asan İmza”  - “Təchizat kanalları üçün blokçeynin inklüziv genişləndirilməsi: 2-ci hissə - Rəqəmsal identitetlərin etibarlı yoxlanılması” adlı hesabatda qeyd edilib.

Bu, uyğunluq, tamlıq və inklüzivliyin təmin edilməsi məqsədilə təchizat zəncirində paylanmış reyestrlər texnologiyasının formalaşdırılması üçün yeni alət və strukturların birgə yaradılmasına yönəlmiş böyük  layihənin bir hissəsi olan nəşrlər seriyasında ikinci nəşr hesab edilir.

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Təchizat kanalları üçün blokçeyn” layihəsi birgə layihə və əməkdaşlığa yönəlmiş qlobal, çoxsahəli, hərtərəfli bir fəaliyyətdir.

Bu layihədə dünyanın müxtəlif sahələrindən və hökumətlərindən olan tərəflər iştirak edir.

Məruzə çoxsaylı müzakirələrə, seminarlara, tədqiqatlara, eləcə də bütün maraqlı tərəflərin birgə işinə əsaslanır. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “Asan İmza” xidmətinin texniki operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, həmçinin, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan xanım Jana Krimpe analitik nəşrin yaradılmasında iştirak edərək, “Asan İmza” mobil identitetinin təqdim edilməsi və istifadəsi sahəsində Azərbaycanın ən yaxşı praktikalarını və öz təcrübəsini bölüşüb.

Bu işdə dünyanın 15 ölkəsindən olan aparıcı mütəxəssis və peşəkarlar iştirak edib. Bu ölkələr Azərbaycan, ABŞ, Estoniya, Almaniya, Danimarka, İsveçrə, İsrail, İspaniya, Cənubi Koreya, Avstriya, Böyük Britaniya, İsveç, Anqola, Hindistan və Yaponiyadır.

Azərbaycandan olan nümayəndə xanım Dünya İqtisadi Forumunun 16 yanvar 2020-ci ildə çap edilmiş “Rəqəmsal identitetə yenidən baxış: strateji imperative” adlı nəşrində də əhəmiyyətli töhfəsini vermişdi. Nəşrə əsasən identitetin yoxlanılması və insanların fərdi məlumatlarının biznes tərəfdən idarə olunması metodlarına yenidən baxılması zərurəti aydın şəkildə müəyyən edilib.

Aparılan tədqiqat müəssisələr və istehlakçılar üçün fərdi məlumatların rəqəmsal idarə edilməsi sahəsindəki riskləri aşkar edir. DİF-in press-relizində qeyd edilir:

“Boston Konsaltinq Qrupunun qiymətləndirmələrinə əsasən identitetin autentifikasiyası və saxtakarlıqdan müdafiənin dəyəri 2023-cü il üçün 28 milyard dollar təşkil edəcək.

Fəaliyyətini davam etdirə bilməyən müəssisələr üçün yüksək xərclər gözlənilə bilər. Məsələn, etimadın olmaması müəssisələrə ildə 2,5 trilyon dollara başa gəlir. Hesablamalar göstərir ki, hər bir müəssisənin özünəməxsus yanaşması olması səbəbindən şirkətlər potensial gəlirlərinin 30 faizini itirirlər”.

“İnnovasiyaların sürətli tətbiqi və Azərbaycanın rəqəmsal iqtisadiyyatının çox sürətli inkişafı, ölkədə istənilən rəqəmsal xidmətə etimadın vacib komponenti olan gücləndirilmiş təkmil rəqəmsal identitetə inam tələb edir.

Azərbaycanda ən uğurlu ekosistemlərdən biri sayılan təkmil mobil identitet - “Asan İmza” mobil elektron imza hazırlanıb. Belə təşəbbüslərdə iştirak əvəzsiz təcrübə və bilik, eləcə də ən yaxşı təcrübələrimizi dünya birliyi ilə bölüşmək üçün imkan yaradır. Yalnız biznes, hökumətlər və istehlakçılarla sıx əməkdaşlıq şəraitində biz, etimadı təmin etməklə biznesin böyüməsi, eləcə də  fərdi məlumatların qorunması və konfidensiallığı üçün imkanlar təmin edə biləcəyik”- deyə, xanım Jana Krimpe qeyd edib.

Hüquqi şəxslərin etibarlı rəqəmsal identifikasiyası Azərbaycan Respublikası üçün gündəmin əsas mövzusudur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Rəqəmsal Ticarət Qovşağı Azərbaycan və dünyanın tərəfdaş ölkələri arasında transsərhəd elektron xidmətlər və elektron imzaların inkişaf etdirilməsini hədəfləyir.

Analitik hesabat haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linklər vasitəsilə əldə edə bilərsiniz: 

https://www.weforum.org/whitepapers/reimagining-digital-identity-a-strategic-imperative

http://www3.weforum.org/docs/WEF_Trustworthy_Verification_of_Digital_Identities_2019.pdf

“Asan İmza” haqqında:

Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir.

Hazırda 600-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunub.

Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. 

http://www.asanimza.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri