24 
Yan
2020
12:07
7
39
3009
Virtual karabakh

“Yüksəliş” müsabiqəsinə hazırlaşanlar üçün proqram və ədəbiyyat siyahısı açıqlandı

24 Yan, 2020
12:07
3009

“Yüksəliş” müsabiqəsinə hazırlaşanlar üçün proqram və ədəbiyyat siyahısı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci- onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb. 

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, müsabiqədə qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. 

Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat fevralın 2-si saat 18:00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri