25 
Yan
2020
11:03
38
68
1728
Virtual karabakh

Paata Şeşelidzə enerji təhlükəsizliyi barədə: “Tbilisi Azərbaycanı şüurlu şəkildə seçib”

25 Yan, 2020
11:03
1728

Paata Şeşelidzə enerji təhlükəsizliyi barədə: “Tbilisi Azərbaycanı şüurlu şəkildə seçib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan KİV-də gözlənilmədən Gürcüstanın Azərbaycandan enerji asılılığının müzakirə edildiyi paylaşımlar meydana çıxdı. Məsələn, “Armtoday”in iddiasına görə, hazırda qaz sektorunda Tbilisi, demək olar ki, tamamilə Azərbaycandan olan tədarüklərdən asılıdır (92,7%). Başqa sözlə, Azərbaycan birbaşa olaraq Gürcüstanın enerji təhlükəsizliyini təmin edir.

“Armtoday” hesab edir ki, Tbilisi Gürcüstanın enerji təhlükəsizliyinin başqa bir ölkəyə, bu vəziyyətdə - Azərbaycana verilməsini istəmir. Buna görə də Gürcüstanda “bu problemin həllini düşünürlər”, konkret addımlar atırlar və alternativlər axtarırlar. Söhbət Qara dəniz şelfindən karbohidrogen hasilatından gedir.

Niyə Gürcüstanın enerji təhlükəsizliyi Ermənistan KİV-i bu qədər narahat edir və bu barədə birbaşa olaraq Gürcüstanda nə düşünürlər?

Media.az bu barədə gürcü iqtisadçı-ekspert, Yeni İqtisadiyyat Məktəbinin prezidenti Paata Şeşelidze ilə danışıb.

- Həqiqətən də, Gürcüstan enerji təhlükəsizliyi məsələsində Azərbaycandan bu qədər güclü asılıdır?

- Texniki nöqteyi-nəzərdən hər şey məhz belədir. Lakin mən bunda təhdid görmürəm, çünki bu, Rusiyadan qaz tədarükündən imtina etdiyimiz zaman Tbilisinin şüurlu seçimi olub. İndi biz Azərbaycandan tədarükdən asılıyıq.

Bakı burada - Gürcüstanda imtiyazlar alır. Azərbaycanın faktiki olaraq Gürcüstanda rəqibi yoxdur. Ümumilikdə Tbilisi ilə Bakı arasındakı əməkdaşlıq qarşılıqlı faydalıdır. Bir daha təkrarlayıram, biz Rusiya qazından asılı olmaq istəmədik və Azərbaycanı seçdik. Gürcüstanın enerji təhlükəsizliyini təmin etmək üçün başqa yolu yoxdur.

- Gürcüstanın Qara dənizin Gürcüstan sektorunda neft və qaz potensialını araşdırmağa başladığı bildirilir. Bu, nə qədər perspektivlidir?

- Qeyd etmək istəyirəm ki, Gürcüstan bu işləri çoxdan aparır. Lakin hələlik nəticə yoxdur. Bəli, Gürcüstanın şərq hissəsində müəyyən həcmdə qaz istehsal olunur, lakin bu, kifayət deyil

Qara dənizdəki qaza gəldikdə, yəqin ki, siz bilirsiniz, bura xüsusi su hövzəsidir. Dənizin dərinliklərində faktiki olaraq həyat yoxdur, lakin qaz var. Onu çıxarmaq və istifadə etmək olarmı? Bu mövzu çoxdan müzakirə olunur. Tədqiqatlarla ABŞ şirkəti məşğul olur.

- Necə düşünürsünüz, niyə Ermənistan KİV-də məhz indi Gürcüstanın Azərbaycandan enerji asılılığı barədə danışılan yazılar meydana çıxdı?

- Dəqiq deyə bilmərəm, lakin ehtimal etmək olar ki, hər şey Gürcüstanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Qəbul etdikləri (Ermənistanda - red.) impuls Rusiya Federasiyasından gəlir. Bizdə qazın Rusiyadan alınması lehinə çıxış edən qruplar var. Bu yolla ictimai rəy hazırlığı aparılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri