27 
Yan
2020
10:53
13
67
1470
Virtual karabakh

“Xalq” Bank 2019-cu ilin yekunlarını açıqladı

ASC “Xalq” Bankının 2019-cu ildə fəaliyyətinin nəticələrinə əsasən, Bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir. Bank 2020-ci ilin əvvəlinə aktivlərinin həcmini ötən ilin əvvəli ilə müqayisədə 450.3 mln. manat və yaxud 22.42 faiz artıraraq, 2.458 mlrd. manata çatdırıb. Ötən ilin yekunlarına görə, “Xalq” Bank ölkənin üç aparıcı özəl bankı arasında qərarlaşıb. 

2019-cu ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 137.3 mln. manat (48.59%) artaraq, 419.73 mln. manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə olan göstəricilərə görə, Bankın kredit portfeli 1.830 mlrd. manat təşkil edib.

Bu, ötən ilin göstəricisi ilə müqayisədə, 447.038 mln. manat (32.33%) çoxdur. İlin yekunlarına görə “Xalq” Bank Azərbaycanın özəl bankları arasında ən böyük kredit portfelinə sahibdir.

2019-cu il ərzində həcmi 36.17% artaraq, 1.715 mlrd. manata çatan depozit portfeli Banka müştərilərin dərin inam və etibarını nümayiş etdirir. 

Bank 2019-cu ili 41.970 mln. manat mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan mənfəətin həcmi ilə müqayisədə 57.6% artım deməkdir. 

Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirib. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Bank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətini olduqca vacib sayır, 2019-cu ildə müştərilərin istifadəsinə verilmiş “Mərdəkan” filialı Bankın sayca otuzuncu filialı olub.

2019-cu ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “Stabil” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime/(cr) səviyyəsində təsdiq edib (16 aprel 2019).

2019-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Mirzə Şəfi Vazeh. Bütün əsərləri” toplusu və Xalq rəssamı Tağı Tağıyevin bədii albomu təqdim olunub. Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində nəşr olunan külliyatının təqdimatı Bakıda və Almaniyanın paytaxtı Berlin şəhərində keçirilib. Bununla bağlı nüfuzlu Hümboldt universitetində elmi konfrans təşkil edilib.

Ötən il fəaliyyətə başlamasının 15 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirib.

Bank 2019-cu il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personalın səyi, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri