28 
Yan
2020
10:53
23
120
5420
Virtual karabakh

Koronavirus nefti də “vurdu”

28 Yan, 2020
10:53
5420

Koronavirus nefti də “vurdu”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində virusla bağlı narahatlıqlar fonunda neft ucuzlaşmağa davam edir.

Bu barədə REN TV xəbər yayıb.

Çində naməlum koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə bağlı neftin qiymətində azalma müşahidə edilir.

Bazar ertəsi keçirilən ticarət nəticəsində “Brent” markalı neftin qiyməti 2,26 faiz azalaraq bir bareli 59,32 dollar (təxminən 100 AZN) təşkil edib.

Çində vəziyyətin necə dəyişəcəyindən asılı olaraq, “Brent” markalı neftin qiyməti 55 dollara (təxminən 93 AZN) qədər azala bilər.

Ölkə ərazisində virusdan ölənlərin sayı 106 nəfərə, yoluxanların sayı isə 4,5 min nəfərə çatıb.

Yoluxma halları Honkonq, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri