Fev
2020
17:53
52
26
3246
Virtual karabakh

Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə!

4 Fev, 2020
17:53
3246

Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-2021-ci illərdə Almaniyada ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 25 fevral 2020-ci il tarixinədək KOBİA-ya təqdim etməlidir.

Namizədlər mart ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində müəyyənləşdiriləcək.

İngilis dilində keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirakçılar üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, işgüzar görüşlər təşkil ediləcək.

Bir ay davam edəcək ixtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən ödəniləcəkdir.

Ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri