Fev
2020
11:25
78
20
2220
Virtual karabakh

Azərbaycanlılar Rusiya sərhədindən ən çox pul keçirənlər arasındadır

6 Fev, 2020
11:25
2220

Azərbaycanlılar Rusiya sərhədindən ən çox pul keçirənlər arasındadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk vilayətində ötən il sərhəddən qanunsuz pul daşınması ilə bağlı 112 qanun pozuntusu aşkar edilib.

Rg.ru-nun xəbərinə görə, ərazidən qanunsuz pul keçirmək istəyənlər əsasən Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları olublar.

Bununla bağlı onlar barəsində inzibati cəza tətbiq edilib.

“Ekvivalent 10 000 dolları (17,000 AZN) keçirsə, sərnişin “Gömrük bəyannaməsi”ni doldurmalı və “qırmızı dəhliz”dən keçməlidir. Əks halda o, inzibati qaydada məsuliyyətə cəlb edilə bilər. Əgər məbləğ 30 000 dollardan (51,000 AZN) çox olarsa, onda həmin turist daha ağır şərtlərlə məsuliyyətə cəlb edilir”, - deyə Novosibirsk gömrüyünun təmsilçisi Tatyana Supjanova qeyd edib.

Bildirilir ki, Rusiyada fevralın 1-dən sərhəddən külli miqdarda pul keçirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Artıq 100 000 dollardan çox (170,000 AZN-dən çox) pul keçirmək üçün pulun qanuniliyini təsdiq edən sənəd təqdim etmək tələb olunur. Sənəd “Gömrük bəyannaməsi” ilə eyni vaxtda təqdim edilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri