Fev
2020
17:45
29
197
2293
Virtual karabakh

SOCAR Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir

6 Fev, 2020
17:45
2293

SOCAR Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni həyatın inkişafına beş milyon dollardan çox sərmayə qoyub.

“SOCAR Energy Ukraine” bu il yeni sosial və mədəni layihələri maliyyələşdirməyi planlaşdırır. Bu layihələrə Azərbaycan dilinin, milli mətbəxinin, musiqisinin təbliği daxildir.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.

SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 300 milyon dollardar çox sərmayə yatırılıb. Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə məxsus dörd neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir.

Ukrayna ərazisində “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayının artırılması üçün işlər davam etdirilir, müvafiq qurumlarla yazışmalar aparılır. Hazırda premium sinfinə aid YDM şəbəkəsinə Ukraynanın 11 vilayətində quraşdırılmış 60-dan çox yanacaqdoldurma kompleksi daxildir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri