10 
Fev
2020
18:49
626
266
4224
Virtual karabakh

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

10 Fev, 2020
18:49
4224

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması üçün qarşıya məqsəd qoyub:

“Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir”.

R.Abdullayev deyib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər təşkil edirdisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb:

“Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub”.

Onun sözlərinə görə, bu gün Gürcüstanda gürcü dili və ingilis dilini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var:

“SOCAR Gürcüstanda sosial layihələri həyata keçirməkdə davam edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri