12 
Fev
2020
10:20
13
54
1066
Virtual karabakh

Korporativ müştərilər “Expressbank”ı seçir!

Ölkəmizin daim inkişaf edən iqtisadiyyatında sahibkarlıq fəaliyyəti mühüm yer tutur. Bildiyiniz kimi, bu yolda “Expressbank” daim kiçik və orta sahibkarların, həmçinin, iri biznes fəaliyyəti ilə məşğul olan iş adamlarının yanındadır.

Bu istiqamətdə tərəfdaşlarına individual yanaşma nümayiş etdirən “Expressbank” fərdi və çevik tarif siyasəti, göstərdiyi yüksək keyfiyyətli xidmət nəticəsində 2019-cu il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərinin sayında 27 faiz artım əldə edib. 

Üstəlik, “Expressbank”ın “Əmək haqqı layihəsi” çərçivəsində təqdim edilən kart sayının həcmində qeydə alınmış 31 faiz artım biznes sahiblərinin banka olan etimadının bariz nümunəsidir.  

Həmçinin, 2018-ci illə müqayisədə, bankın korporativ sahə üzrə qeyri-faiz gəlirlərində 52 faiz artım müşahidə edilib. Bu da bank tərəfindən müştərilərə göstərilən xidmətlərin rahatlığını bir daha sübut edir. 

Qeyd edək ki, 2019-cu il üzrə korporativ müştəri əməliyyatlarının 55 faizi İnternet Banking Platforması üzərindən icra olunub. Sahibkarlar yaxşı bilir ki, İnternet Banking üzərindən istənilən zaman və dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi vasitəsilə operativ və təhlükəsiz şəkildə öz bizneslərini yeddi gün, 24 saat rahatlıqla idarə edə bilirlər.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri