12 
Fev
2020
12:30
17
80
1926
Virtual karabakh

“Unibank” Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin əsas tərəfdaşlarından biri oldu - FOTO

12 Fev, 2020
12:30
1926

“Unibank” Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin əsas tərəfdaşlarından biri oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Unibank” 11-12 may tarixlərində Bakıda keçiriləсək paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir.

Oxu.Az xəbər verir ki, bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Unibank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, “Unibank” Paralimpiya Komitəsinin ən yaxın dəstəkçilərindəndir. “2018-ci ildən “Unibank” hər addımında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu səmimi dəstəyin nəticəsində güllə atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda “Unibank”ı yanımızda görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz “Unibank”ın dəstək verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda “Unibank”ı yenə yanımızda görməyə çox şadıq”. 

“Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan əməkdaşlığı çox yüksək qiymətləndirib: “Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, “Unibank”la Komitə arasında bu gün dostluq, doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük nailiyyətlərə imza atacaqlar. Paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” yarışında iştirak edəcək paracüdoçularımıza da böyük uğurlar arzulayırıq”.
 
Mayda Bakıda keçiriləcək paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xatırladaq ki, “Unibank” 2018-ci ilin əvvəllərində Azərbaycanın bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən, bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstək verməkdə məqsəd Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

“Unibank” hər kəsin bankı!

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri