13 
Fev
2020
11:13
14
79
1720
Virtual karabakh

Niyazi Səfərov: “Sahibkarlara 801 elektron lisenziya verilib”

13 Fev, 2020
11:13
1720

Niyazi Səfərov: “Sahibkarlara 801 elektron lisenziya verilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarlara 801 elektron lisenziya verilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, ölkədə Elektron Hökumət və rəqəmsal iqtisadiyyatın formalaşdırılması, inkişaf etdirilməsi, o cümlədən, hər bir mərkəzi icra hakimiyyəti orqanı, həmçinin, İqtisadiyyat Nazirliyi və onların fəaliyyət sahələri üzrə işlər həyata keçirilir. 

N.Səfərovun sözlərinə görə, həyata keçirilən işlər elektron sənəd dövriyyəsindən başlayaraq, elektron xidmətlərin və elektron məlumat və mübadilə platformalarının yaradılması və fəaliyyətinin təmin edilməsinə, kibertəhlükəsizlik məsələlərinin həllinə qədər olan sahələri həll edir. 

N.Səfərov onu da bildirib ki, təkcə İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə 94 xidmət göstərilir:

“Həmin xidmətlərdən 68-i elektronlaşdırılıb. Elektron xidmətlərdən 63-ü interaktiv, 5-i informativ xidmətlərdir. Həmçinin, 68 xidmət Dövlət Xidmətlərinin elektron reyestrinə (www.dxr.az) daxil edilib. 

Diqqətinizə çatdırım ki, 2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə 44 mindən çox, 2019-cu ildə isə 46 mindən çox müraciət daxil olub”.

N.Səfərov çıxışında “Lisenziyalar və icazələr” portalı barədə də məlumat verib:

“Portal fəaliyyətinə 1 mart 2018-ci il tarixində başlayıb. O tarixdən bu günə qədər portal vasitəsi ilə 1500-dən çox elektron lisenziya verilib. O cümlədən, 2019-cu ildə “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib. Sahibkarlara portal vasitəsi ilə 801 elektron lisenziya verilib”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri