13 
Fev
2020
12:01
15
66
1921
Virtual karabakh

Nazir müavini: “Texniki-texnoloji ixtisas qrupu üzrə tələbə qəbulu planı 71 faiz artıb”

13 Fev, 2020
12:01
1921

Nazir müavini: “Texniki-texnoloji ixtisas qrupu üzrə tələbə qəbulu planı 71 faiz artıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Texnologiya sahəsində kadr potensialını yaxşılaşdırmaq məqsədi ilə 10-11-ci sinif şagirdlərinin informasiya texnologiya ixtisaslarına yönləndirilməsi nəzərdə tutulur. 

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib. 

Onun sözlərinə görə, bu istiqamətdə pilot layihələr həyata keçirilir:

“Düşünürük ki, bununla texnologiya sahəsindəki daha peşəkar kadrlar yetişəcək. Artıq pilot qaydada informatika təmayüllü siniflər təşkil edilib və 1000-ə yaxın şagird bu siniflərə cəlb edilib. Son illərdə texniki-texnologiya ixtisaslı kadr hazırlığına xüsusi diqqət ayrılır. Cari tədris ilində innovasiyaların təşviqinə yönəlmiş texniki-texnoloji ixtisas qrupu üzrə qəbul planında ötən ilə nisbətən 4,3 faiz artım olub. Tələbələrin sayı isə 10756 nəfərə çatdırılıb”.

Nazir müavini dövlət sifarişi əsasında texniki-texnoloji ixtisas qrupu üzrə tələbə qəbulu planında da artım olduğunu diqqətə çatdırıb:

“Bu artım dövlət sifarişi ilə qəbul planında daha da hiss olunur. Dövlət sifarişi əsasında texniki-texnoloji ixtisas qrupu üzrə tələbə qəbulu planı 71 faiz artıb. Həmin ixtisas qrupuna daxil olan informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul 2,3 dəfə, kompüter elmləri ixtisası üzrə 1,9 dəfə, kompüter mühəndisliyi ixtisası üzrə 2,4 dəfə, informasiya təhlükəsizliyi ixtisası üzrə isə 3,9 dəfə artıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri