14 
Fev
2020
16:58
19
39
1148
Virtual karabakh

KOBİA Macarıstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən VII iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Macarıstanın müvafiq qurumlarında bir sıra görüşlər keçirib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədovun Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş icraçı direktoru Balas Hendriç ilə görüşündə birgə tədbirlərin keçirilməsinə, ixracla məşğul olan KOB-lar üçün bazar araşdırmaları metodologiyasına və maliyyələşdirmə mexanizmlərinə, kənd təsərrüfatı, sənaye, İKT və səhiyyə sahələrində fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa, birgə Tədbirlər Planının hazırlanmasına və HEPA nümayəndə heyətinin Bakıya səfərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində təşkil olunmuş biznes forumda KOBİA ilə HEPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Macarıstanın Ticarət və Sənaye Palatasının Qərbi Balkan Komitəsinin prezidenti Atilla Qalambos ilə KOBİA-nın nümayəndələri arasında təşkil olunmuş görüşdə isə agentliyin fəaliyyəti barədə məlumat verilib, birgə tədbirlərin və qarşılıqlı missiyaların təşkilinə, ölkəmizdə kənd təsərrüfatı və qida sənayesi sahəsində Macarıstan şirkətləri ilə birgə müəssisələrin, eləcə də, hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın inkişafı məqsədilə ortaq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb, Macarıstan şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən daha aktiv istifadə etməyə dəvət olunub.

İclas çərçivəsində hər iki ölkənin KOB-ları və müvafiq qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri də gündəliyə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri