19 
Fev
2020
16:08
19
67
1868
Virtual karabakh

“Expressbank” müştəriləri yarım milyondan artıq “cashback” əldə edib

19 Fev, 2020
16:08
1868

“Expressbank” müştəriləri yarım milyondan artıq “cashback” əldə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dövrdə istifadəçilərin rahatlığını təmin edən nağdsız ödənişlərin sayı artmaqdadır. Plastik kartların istifadəsi müştərilərə vəsaitlərini daha səmərəli nizamlamağa və əlavə gəlir qazanmağa imkan yaradır. Xərcləyərkən gəlir qazandıran “Expressbank”ın “Expressclub” layihəsi artıq müştərilərin hesabına 500 mindən artıq “cashback” köçürüb.

“Expressbank”ın bütün plastik kart sahibləri ölkə daxilində POS-terminallar vasitəsilə ödəniş edərkən “Expressbank”ın tərəfdaşı olan ticarət/əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 30%-dək hissəsini karta geri alırlar (cashback). “Expressclub” hətta tərəfdaş olmayan müəssisələrdə də xərclənən məbləğin müəyyən hissəsini geri qaytarır. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.

Son aylar ərzində müştərilərə ən çox “cashback” qazandıran Bank tərəfdaşları - “Kontakt Home”, Gömrük Hospital, “Araz” market, “Şahdağ Hotel&Spa”, Ştutqart, “Baku Electronics”dir. Həmçinin, mühüm tərəfdaşların siyahısına məşhur geyim butikləri, restoranlar və digər ticarət-iaşə nöqtələri daxildir. 

Bank müştərilərə “Expressclub”un bütün tərəfdaşlarına dair məlumatı əks etdirən “Expressclub” mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app)  Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana və tərəfdaşların ünvanlarını daha asanlıqla tapa bilər. 

“Expressclub”un üzvü olmaq və hər alış-verişdən pul qazanmaq üçün “Expressbank”ın istənilən plastik kartına sahib olmaq kifayətdir. Kartın əldə olunması üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə onlayn sifariş etmək mümkündür.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri