29 
Fev
2020
12:03
137
18
2152
Virtual karabakh

Andrey Qerus: “Ukrayna Azərbaycandan Belarusa neft nəqlinə kömək edəcək” - MÜSAHİBƏ

29 Fev, 2020
12:03
2152

Andrey Qerus: “Ukrayna Azərbaycandan Belarusa neft nəqlinə kömək edəcək” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan neftinin Belarusa tədarükünü ucuzlaşdıracaq “Odessa-Brodı” neft boru kəmərinin istifadəyə verilməsi Ukrayna tərəfi üçün də əlverişli olacaq.

Bu barədə Ukrayna Ali Radasının Energetika məsələləri üzrə Komitəsinin rəhbəri Andrey Qerus Media.Az-a müsahibəsində bildirib.

Xatırladaq ki, Minsk alternativ neft tədarük mənbələri axtarır. Artıq Azərbaycanla da razılaşma var. Mart ayında ilk tankerin göndəriləcəyi gözlənilir. Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi Brodı - Mozır – “Mozır Neft Emalı zavodu” ASC marşrutu ilə neft nəqli üçün yeni tariflər müəyyən edib.

Belarusda emal üçün nəzərdə tutulmuş neft tankerləri Odessa limanına, oradan da neft boru kəməri vasitəsilə Brodı məntəqəsinə çatdırılacaq.

- Belarus Azərbaycan neftini alır və bunun üçün “Odessa-Brodı” neft boru kəmərini istifadə etməyə hazırlaşır...

- İnfrastrukturumuzun istifadə olunmasında maraqlıyıq. Söhbət həm qaz, həm də neft boru kəmərlərindən gedir. Əlbəttə, texniki detallar var, ancaq bu, həll oluna bilən problemdir. Əsas odur ki, infrastrukturumuz həm Ukraynaya, həm də digər ölkələrə xeyir versin. Bütün bunların işə yaraması bizim maraqlarımıza uyğundur.

Ukraynanın Belarusla, o cümlədən, prezidentlər və hökumətlər səviyyəsində normal dialoqu var. Əlbəttə ki, öyrənilməli olan texniki detallar var.

Ancaq ümumi bir anlaşma baxımından (Ukrayna, Azərbaycan və Belarus arasında əməkdaşlıq mövzusunda - red.) suallar yoxdur. Bu layihənin işləməsi üçün hər şey ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri