13 
Mar
2020
12:49
18
59
3135
Virtual karabakh

Viktor Şadurski: “Azərbaycanla münasibətləri çox yüksək qiymətləndiririk” - MÜSAHİBƏ

13 Mar, 2020
12:49
3135

Viktor Şadurski: “Azərbaycanla münasibətləri çox yüksək qiymətləndiririk” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus “Odessa-Brodı” Ukrayna neft kəməri ilə nəql ediləcək Azərbaycan neftinin alışına başlayıb. Artıq ilk tanker Ukraynanın “Cənub” limanına (Odessadan 30 kilometr şərqdə) çatıb.

Belarusa neft nəqli ilə bağlı xidmətlər “Ukrtransnafta” ilə “Belarusian Oil Company”nin törəmə şirkəti olan Böyük Britaniyanın “BNK Limited” şirkəti arasındakı müqaviləyə əsasən göstərilir. Müqavilə 2020-ci ilin sonuna qədər qüvvədədir.

Tarix elmləri doktoru, beynəlxalq münasibətlər kafedrasının professoru, Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Viktor Şadurski Media.Az-a verdiyi müsahibəsində Azərbaycandan neft tədarükünün Belarus üçün çox əhəmiyyətli olduğunu bildirib.

- Təchizatın diversifikasiyası və çoxvektorlu siyasət inkişafın açarıdır. İmtiyazlı tərəfdaşla danışıqlar apararkən həmişə seçim olmalıdır. Belarusun Azərbaycanla münasibətləri (o cümlədən, neft sektorunda) həmişə əhəmiyyətli olub.

Aydındır ki, Azərbaycandan alınan neft Rusiyadan baha başa gələcək. Ancaq bu, alternativ variantdır. Necə deyərlər, “bazarı gəzmək, bazarlıq etmək” olar.

Yeri gəlmişkən, Bakının Minskə təcili kredit verməsi ilə bağlı təcrübəmiz var. Həmçinin, əvvəllər neftin tədarükü üçün mübadilə sazişləri olub. Bu, Belarusa kömək edib. Buna görə də Azərbaycanla münasibətləri çox yüksək qiymətləndiririk.

- Bəs Belarus-Rusiya münasibətləri barədə nə deyə bilərsiniz? Gərginlik varmı?

- Atmosferi gərginləşdirən medianın burada böyük rolu var. Ancaq iki müttəfiq ölkə arasındakı münasibətlərin pisləşə biləcəyini düşünmürəm. Bəli, müzakirələr davam edir. Belarusun bir inkişaf modeli var, Rusiyanın başqa. Ancaq hər zaman ortaq dil tapacağıq.

Ölkələrimizin ortaq bir sərhədi, ortaq mədəniyyət kodları var. Mübahisələr olur, bəzən də ən yüksək səviyyədə. Ancaq Belarus və Rusiya bir-birinə lazımdır. Minsk kimlə sıx münasibətləri inkişaf etdirməlidir? Həm də Belarus Rusiya ilə nəyi bölüşməlidir?! Bizim dərin ziddiyyətlərimiz yoxdur. Buna görə də gərginlik olsa belə, bunlar müvəqqətidir.

Mən bu məsələdə pozitivəm. Bizim həm Rusiya, həm də Azərbaycanla ortaq maraqlarımız çoxdur. Başqa cür ola da bilməz. Həmişə ortaq maraqları axtarmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri