22 
Mar
2020
08:56
106
96
5605
Virtual karabakh

Moda evlərinin ən zəngin sahiblərinin sərvəti hesablandı

22 Mar, 2020
08:56
5605

Moda evlərinin ən zəngin sahiblərinin sərvəti hesablandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

GQ (“Gentlemen's Quarterly”) jurnalının Avstraliya versiyası moda aləminin ən zəngin şəxslərinin reytinqini tərtib edib. Siyahı nəşrin saytında dərc olunub.

Reytinqin ilk pilləsini “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun rəhbəri, eləcə də Avropanın ən zəngin adamı olan Bernar Arno tutur. Onun sərvəti 137 milyard Avstraliya dollarına (140 milyard AZN) müvafiqdir.

İkinci yerdə isə “Inditex” mağazalar şəbəkəsinin (bura “Zara”, “Bershka”, “Massimo Dutti”, “Pull & Bear”, “Stradivarius”, “Oysho” kimi məşhur brendlər daxildir) sahibi Amansio Orteqanın adı çəkilir. Onun sərvəti 93,1 milyard Avstraliya dolları (95 milyard AZN) təşkil edir.

Dünyanın ən zəngin qadını, dünya parfümeriya və kosmetika bazarının lideri olan “L’Oréal”ın sahibi  Fransuaza Betankur isə üçüncü pillədə qərarlaşıb. Onun sərvəti 78,3 milyard Avstraliya dollardır (80 milyard AZN).

Reytinqdə, həmçinin “Nike” idman geyimləri brendinin təsisçisi Fil Nayt, “Kering” konqlomeratının sahibi Fransua Pino, Yaponiyanın “Uniqlo” markasının başçısı Tadasi Yanai və “Chanel ” evinin varisləri Alen və Cerard Verthaymer yer alıblar.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri