25 
Mar
2020
09:30
109
66
12699
Virtual karabakh

Şad xəbər: Onlar da güzəştli ipoteka krediti ala biləcəklər

25 Mar, 2020
09:30
12699

Şad xəbər: Onlar da güzəştli ipoteka krediti ala biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda güzəştli ipoteka krediti almaq hüququ verilən şəxslərin siyahısı genişləndirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında qərarda bildirilir.

Bundan sonra səhiyyə işçiləri də güzəştli ipoteka krediti ilə mənzil almaq hüququna malik olacaqlar.

Qərarla, eyni zamanda, səhiyyə işçilərinə sosial mənzil almaq hüququ da verilir.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 3-cü bəndinə əsasən, aşağıda qeyd olunan şəxslər güzəştli ipoteka krediti hüququndan istifadə etmək hüququna malikdirlər:

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı üç il dövlət qulluğunda qulluq edən, o cümlədən, dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı beş il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs.

Bundan başqa, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı olan şəxslər də (I, II və ya III yer) güzəştli ipoteka krediti almaq hüququna malikdirlər.

Elmlər doktoru elmi dərəcəsi olanlar, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən, dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı üç il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələri istisna), ən azı üç il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı üç il elmi vəzifədə işləyən elmi işçilər də bu hüquqdan yararlana bilirlər.

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri